İqtisadiyyat

Bu ölkənin Azərbaycana 8 milyon borcu var

12 İyul 2018 17:26
2 Şərh     Baxış: 4 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin iyunun 30-na olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan borcu 8,346 mln. dollar təşkil edir.

Milli.Az APA-ya istinadla xəbər verir ki, qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 149 min dollar azalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 186,087 mln. dollardır ki, bu məbləğin 5 mlrd. 59,496 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (276,345 mln. dollar), Yaponiya (214,121 mln. dollar) və Fransa  (195,939 mln. dollar) daxildir.

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana borcu may ayı ilə müqayisədə azalaraq, müvafiq olaraq 16,019 mln., 66,102 mln. və 9, 350 mln. dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.