İqtisadiyyat

Yeni əsginaslar inflyasiyanın artımına səbəb olacaq?

24 May 2018 19:36
Baxış: 2 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

200 manat dəyərində yeni əsginasın buraxılması inflyasiya gözləntilərinin artmasına gətirib çıxarmayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Fərhad Əmirbəyov deyib.

Ekspert bildirib: "Yeni əsginasın buraxılması inflyasiyanın artımına, eləcə də yaxın zamanlarda mümkün devalvasiyaya səbəb olmayacaq".

F.Əmirbəyovun sözlərinə görə, bu addım manatın rəqabətqabiliyyətliliyini artıracaq və dollarlaşmanın səviyyəsini azaldacaq:

"Əslində bu addım nağd dövriyyədə dollarlaşmanın səviyyəsinin azaldılması üçün alətlərdən biridir. Devalvasiyaya qədər 100 manat 100 avroya və təqribən 120 dollara bərabər idi ki, bu da iri əsginasa həmin dövrdə xarici əsginaslarla böyük pul vəsaitlərin dövr etdiyi iqtisadiyyat seqmentlərində rəqabət aparmağa imkan verirdi. Yeni əsginas manatı yenidən ödəmə vasitəsi kimi istifadə etməyə imkan verəcək. Bu isə öz növbəsində dollar kütləsinin bir hissəsini nağd dövriyyədən çıxarmağa imkan verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.