İqtisadiyyat

4 ölkə uçot dərəcəsini artırdı

15 İyun 2017 21:34
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) dərəcəsini 0,25% artırdığını bəyan etdikdən sonra dörd ölkənin mərkəzi bankı analoji qərar qəbul edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.
 Maraqlıdır ki, gözlənilmədən Küveyt Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz olaraq 2,75% səviyyəsində saxlayıb.
 Xatırladaq ki, dünən iki gün davam edən iclasın ardından FED uçot dərəcəsini 1-1,25% səviyyəsinədək qaldırıb.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.