Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtomobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində "Platon sistemi"inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.

Nəhayət dağıstanlı sürücülərin tətili yerli hökumətlə danışıqlardan sonra dayandırıldı. Dağıstan hökuməti "Platon sistemi"inin ləğvinə dair sürücülərin əsas tələbini yerinə yetirmək səlahiyyətində olmasa da Azərbaycanla sərhəddə çəki nəzarətinin gücləndirilməsini təmin etməyə söz verdi. Çünki dağıstanlı sürücülər bildirirdi ki, Azərbaycandan gedən TIR-lar yükü normadan artıq vururlar və nəticədə haqsız rəqabət yaranır.
Mayın 11-də Dağıstan hökumətinin iclasında tətil etmiş sürücülərlə razılaşmaların yerinə yetirilməsi məsələləri müzakirə olunub. Nazirlər kabinetinin sədri Abdusamid Həmidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanla sərhəddəki postlarda çəki nəzarəti avadanlıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verilib. Qərara alınıb ki, normadan artıq yük daşıyan avtomobillərlə bağlı məsələ respublika ərazisində nizamlanacaq.

Və belə görünür ki, həmin müşavirədən sonra Dağıstanın Azərbaycanla sərhəddəki nəzarət postlarında TIR-ların daşıdığı yüklə bağlı çəki nəzarəti gücləndirilib. Virtualaz.org əməkdaşı Rusiyaya pomidor ixrac edən sahibkarlardan biriylə söhbətləşib, mənbə deyib ki, bir neçə gündür 23 tondan artıq yük vuran Azərbaycan maşınları Rusiyaya buraxılmır.

Nəticədə Azərbaycandan Rusiyaya pomidor daşıyan və normadan artıq yük vuran avtomobillərdən yükün artıq hissəsi boşaldılır, Rusiyaya ixrac olunmaq üçün qablaşdırılmış pomidorlar daxili bazara yönəldilir. Və bunun nəticəsində cəmi bir neçə gün əvvəl Bakı bazarlarında kiloqramı 4-5 manata satılan pomidor 3 dəfə ucuzlaşıb, hazırda kiloqramı 1 manat 30 qəpik-1 manat 50 qəpik arasında dəyişir.
Sahibkarın dediyinə görə, onlar yükü əvvəlcədən qablaşdırmışdılar və Rusiyaya yola salmaq üçün yükləyəndə məlum olub ki, sərhəddə çəki nəzarəti gücləndirilib. Nəticədə daşınma xərclərinin artması sahibkarların Rusiyaya ixrac etdikləri pomidordan əldə edəcəkləri gəlirə təsir edib, onlar malın artıq hissəsini daxili bazarlara yönəldiblər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz





