Ermənistanda satışı nəzərdə tutulan toyuq ətinin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Maraqlıdır ki, erməni dilində etiket yazıları olan toyuq ətinin üzərində "Halal" sözü də yazılıb. Amma Dövlət Gömrük İdarəsi toyuq ətini ölkəmizə keçirmək istəyənələrə bu istəklərini haram edib.
ANS telekanalının məlumatına görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisində satışına icazə verilməyən 74,4 ton toyuq məmulatları aşkar edib. Belə ki, Ermənistanda satılması nəzərdə tutulan toyuq ətinin Azərbaycanda dövriyyəyə buraxılması üçün gömrükdən keçirilməsinə cəhd edilib.
Toyuqlar Ukraynada istehsal edilib və Samur Gömrük Keçid Məntəqəsindən ölkə ərazisinə daxil olub. Bakıda 4 TIR-la yüklənmiş mal təkrar gömrük nəzarətindən keçirilib. Bakı Baş Gömrük İdarəsi əməkdaşları toyuqların etiketlərinin üzərinə baxış keçirən zaman malda erməni dilində yazılar aşkar ediblər.
Bakı Baş Gömrük İdarəsinin baş inspektoru Vüqar Namazovun sözlərinə görə, bu etiketlərin üzərində bir çox dillərdə yazılıb. Amma bu, əsasən erməni dilində yazılıb: "Onlar Ermənistana idxal olunan maldır və səhvən Azərbaycana daxil olub".
Bəlli olduğu kimi, üzərində dövlət dilində yazısı olmayan malların ölkə ərazisində satışı, yəni dövriyyəyə buraxılması qanunla qadağan edilir. Yəni istehlak üçün idxal, sərbəst dövriyyə üçün buraxılış edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Yəni məhsulun adı, həcmi, növü və tərkibi, istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti Azərbaycan dilində göstərilməlidir. Ölkəyə keçirilməyə cəhd edilən Ukrayna toyuqlarının etiketində isə erməni və digər dillərdə yazı olsa da, doğma dildə belə bir yazı yoxdur.
Təəssüflə qeyd etməliyik ki, üzərində erməni yazısı olan toyuqları Azərbaycana qovan özümüzünküdür. Sahibkarla söhbət zamanı məlum olub ki, o malın üzərindəki yazılardan məlumatsız olub. "SMD-B" MMC birinci dəfədir ki, belə məhsul gətirir.
Qeyd edək ki, aşkar olunan 4 yük maşını məhsullarla bərabər Azərbaycan ərazisindən geri qaytarılıb.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda erməni etiketli “halal” toyuq əti aşkarlandı
8 İyun 2011 16:46
Baxış: 626

DİGƏR XƏBƏRLƏR
-
İki valyuta bahalaşdı - RƏSMİ
-
Kommunal xidmətlərlə bağlı yenilik
-
Bu məhsullar ucuzlaşdı
-
"Nissan" məhkəməyə verildi - Maşın gedə-gedə qapıları açılır
-
Dünyanın ən böyük gəmisi ilə 7 min maşın gətirildi - Dronla çəkilən şəkillər diqqət çəkdi - FOTO
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
XƏBƏR LENTİ
-
Həftəlik bürc proqnozu - Vəzifəniz dəyişəcək, gizli qalan məsələlər üzə çıxacaq: İtkilər ola bilər
-
Marketlərdə satışdan çıxarılır - Görün içindən nə tapıldı - FOTO
-
Qurban Qurbanov hamı ilə görüşdü - Bir ondan başqa - VİDEO
-
Türkiyədə uçqun oldu: Ölənlər var - Anbaan görüntülər
-
Ançelotti istefa verir: bu yığmanı çalışdıracaq
-
Bakı məktəbliləri, 1975-ci il - illərin saf gülüşü və təmiz niyyəti heç vaxt unudulmur!
-
İlham Əliyev: Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik
-
Azərbaycan Prezidenti: Bunun üçün əzmlə çalışırıq
-
Papanın dəfn mərasimində Trampın bu iki hərəkəti gündəm oldu
-
Prezident: Ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir
-
“Trabzonspor” “Traktor”u paylaşdı - FOTO
-
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
-
Yer Kürəsini bu zireh qoruyurmuş - ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
-
Rövşən Nəcəf rəisi işdən çıxardı - FOTO
-
Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq?
-
Türkiyə yenə silkələndi - Əhali qorxu və təşviş içində
-
Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın
-
Bu ərazilərdə qaz kəsiləcək
-
Azərbaycanın unudulmaz simalarının arxiv FOTOları
-
İki valyuta bahalaşdı - RƏSMİ
-
2 məşhur müğənnini İFŞA ETDİ: "Onları makiyajsız gördüm, gecə yatanda yuxuma girməsin" - VİDEO
-
May ayı bu bürclərin taleyini dəyişəcək
-
Stress zamanı yeyilməməsi lazım olan ən pis qidalar
-
Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi