RİTN-indən Milli.Az xəbər portalına verilən məluçata görə, nazirliyin tabeliyində olan "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdi. Son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli aşağı olması ilə bağlı yaranmış uyğunsuzluqlar bu xidmətlərin "Azərpoçt" MMC-yə zərərlə başa gəlməsinə və nəticədə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin təşkilində ciddi maneələrin meydana çıxmasına səbəb olub.
Uyğunsuzluqların aradan qaldırılması və eyni zamanda bu sahədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) mövcud tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə "Azərpoçt" MMC tərəfindən UPX üçün yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına təqdim olunmuş, Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli 2 nömrəli qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilib.
Yeni tariflərin əvvəlki ilə müqayisədə fərqi texniki, qruplaşdırma və struktur xarakterli dəyişikliklərin aparılmasındadır. Belə ki, ayrı-ayrı xidmətlər üzrə tariflərin strukturu bu sahədə ÜPİ-nin yeni tələb və tövsiyələrinə uyğunlaşdırılıb. Məsələn, bütün növ məktub korrespondensiyası üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilib, daxili göndərişlər üçün qiymət intervalı azaldılıb, beynəlxalq avia məktub korrespondensiyası üçün əlavə aviadaşıma haqqı ləğv edilərək, ayrıca aviatariflər tətbiq edilmiş, beynəlxalq bağlamalarda ölkələr üzrə qruplar ləğv edilərək hər bir ölkə üçün ayrı-ayrılıqda tarif müəyyən olunub.
Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki ilə müqayisədə bir sıra xidmətlər üzrə bəzi çəkilərdə artımlar olub, bəzi hallarda əvvəlki tariflərə uyğun, bəzi hallarda isə aşağı tariflər qeydə alınıb. Yeni tariflər həmçinin region üzrə mövcud olan orta tariflərə uyğunlaşdırılıb.
ÜPİ tərəfindən qoyulmuş əsas tələblərdən biri də daxili məktub tariflərinin beynəlxalq qaydalara uyğun tənzimlənməsidir ki, bu da yeni tariflərdə qismən nəzərə alınıb. Belə ki, 2012-ci ildən etibarən daxil olan beynəlxalq poçtun çatdırılmasına görə xarici ölkələrlə qarşılıqlı hesablaşmaların aparılması üçün tətbiq ediləcək beynəlxalq tarif hər bir ölkənin daxili məktub tarifi əsasında ÜPİ tərəfindən təyin ediləcəkdir. Qarşılıqlı hesablaşmalarda daxili tarifin aşağı olması xarici ölkələrin yaranacaq gəlir itkisinə yol verməmək üçün daxili məktub tariflərinin maya dəyərinə uyğunlaşdırılması ÜPİ tərəfindən vacib məsələ kimi qarşıya qoyulub.
UPX üzrə tarif tənzimlənməsini zəruri edən əsas səbəblərdən biri də beynəlxalq poçtun daşınma və təyinat ölkələrində çatdırma xərclərinin mütəmadi olaraq dəyişməsi ilə bağlıdır. Belə ki, son illərdə daşıma və çatdirma xərclərində ümumilikdə artım tendensiyası müşahidə olunsa da, zərurətlə bağlı daşınma istiqamətlərinin dəyişdirilməsi bu xərclərin də azalıb-artmasına səbəb olur. Digər tərəfdən ayrı-ayrı təyinat ölkələrinin daxilində çatdırma xərcləri dəyişdiyindən ÜPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım və ya azalma istiqamətində tənzimlənir. Məhz bu və digər səbəblərdən beynəlxalq poçt xidmətlərində çevik tarif siyasətinin aparılması vacib əhəmiyyət kəsb edir.
UPX üzrə yeni tariflərin tətbiqi həm də xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Yeni tariflərlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi portalının (www.mincom.gov.az) tariflər bölməsində tanış olmaq olar.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Poçt taariflərinin artırılmasına aydınlıq gətirildi
2 Fevral 2011 18:31
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI - 20 manata olan 25 manata...
-
Qızılı olanlara ŞAD XƏBƏR - 4 700 dolları ötdü
-
Dollar sabit qaldı, digər valyutalarda dəyişiklik VAR
-
Qara qızıl rekord həddə yaxınlaşır: Qiymətlər yüksəldi
-
Manat qarşısında valyutaların son VƏZİYYƏTİ
-
Qlobal bazarda BAHALAŞMA - Neftin qiyməti yenidən yüksəldi
XƏBƏR LENTİ
-
Rusiya Azərbaycana təşəkkür etdi
-
ABŞ və İsrail İranı vurdu
-
Aysel Əlizadə əməliyyat olundu
-
Yaponiyalı azarkeşlərdən nümunəvi davranış
-
Yeni çəkilən yol niyə ÇÖKDÜ? - RƏSMİ - YENİLƏNİB
-
Bahar Lətifqızının efirdə göz yaşları "sel oldu" - VİDEO
-
Hizbullah komandiri öldürüldü
-
Rusiyada faciə: Ölən və yaralananlar var
-
Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
-
Sınaq imtahanı təşkil ediləcək
-
Masallıda faciə: Baba və nəvənin yanaraq öldüyü evdən görüntülər - YENİLƏNİB - VİDEO
-
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
-
Elxan Mikayılov yüksək vəzifədən azad EDİLDİ
-
Birinin saatı 59, o birinin 229 min manat... - FOTO
-
Bakıda cibgirlik edən 64 yaşlı şəxs saxlanıldı - ANBAAN VİDEO
-
Qarabağ zəfərinin strateji ssenarisi Apreldə yazıldı - Azər Qarayev
-
Lamin Yamal azarkeşlərə etiraz etdi
-
Mina partladı: Xəsarət alan var - YENİLƏNİB
-
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatıb
-
“Bu şəhərdə”də Bəyazı parodiya etdilər - VİDEO
-
Bakıda restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı
-
Dünyanın ən təhlükəli qadını İMİŞ
-
Elnur ölümdən döndü: "Komaya girə bilərdim..."
-
Azərbaycanın su anbarlarındakı ehtiyatların həcmi açıqlanıb





