İqtisadiyyat

"Coca Cola" şirkətinin reklamı qadağan olunub

23 Yanvar 2011 19:05
Baxış: 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, reklam içkinin "qidalandırıcı" olmasını iddia edirdi. Baxmayaraq ki, onda beş çay qaşığı şəkər var.

Bu içki növlərindən birində 500 ml şüşədə 30 qram şəkərin olduğu bildirilib.

"Coca-Cola" mənsubları bildiriblər ki, içkidəki şəkərin həcmi 23 qramdır, yəni "əhəmiyyətli dərəcədə az."
"Qidalandırıcı" sözünü müdafiə edən "Coca Cola" onlarda dörd B vitamininin gündəlik tövsiyyə edilən həcminin 25 faizinin olduğunu bildirib.
Eləcə də, şirkətin dediyinə görə, içkilərdə gündəlik vitamin C dozasının 100% var.

Lakin şikayətlərə baxan ASA bildirir ki, istehlakçılar qidalandırıcı sözünü içkidə bədəni sağlam saxlamaq üçün tələb olunan tərkib elementlərinin olması kimi başa düşə bilərlər.
"Lakin onlar içkidə 4-5 çay qaşığı şəkərin olmasını bilməyə bilər."
Buna görə reklama hazırkı formada təqdim edilmək qadağan olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.