İqtisadiyyat

İkinci qıza 10 min manat: veriləcək, ya yox?

27 Fevral 2015 16:08
2 Şərh     Baxış: 6 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi

Dünən xəbər vermişdik ki, Azərbaycanda 2-ci qız uşağı olanlara 10 min manat verilə bilər.

Milli.Az xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov özü tərəfindən dünən bildirilən məlum xəbərlə bağlı açıqlama verib.

Ekspert deyib ki, dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi:

"2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi otən ilin dekabrın 22-də "Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf" üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi. Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdırlar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa, o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da, ana bətnindəcə öldürülür. Məqsəd də bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir".

Ekspert xatırladıb ki, məsələdə nazirliyin mövqeyi önəmlidir:

"Dünən isə mənə hər zaman oxuduğum 1news saytından zəng edildi və bu məsələ soruşuldu. Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və əhalinin sosial müdafiəsi naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq Siyasəti və Əmək Bazarının Tənzimlənməsi şöbəsidir".

Ekspert əlavə edib ki, hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıdır:

"Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".

Elşən İmanov

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.