Rusiyada çıxan "Arqumentı nedeli" qəzetində Yevgeni Fyodorovun "Rusiya və Azərbaycan böhran əlacını birgə axtaracaqlar" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə maliyyə mütəxəssislərinin rəyinə istinadla qeyd olunur ki, MDB dövlətlərinin problemləri çox oxşayır. Ekspertlər böhranın çıxış yollarını birgə axtarmaqla uğurla həll olunacağını proqnozlaşdırırlar. Bu, xüsusilə büdcəsi xarici bazarlarda xammal satmaq hesabına formalaşan ölkələrə aiddir. Bu halda dünya bazarında xammalın qiymətinin ucuzlaşması milli valyutaların zəifləməsinin başlıca səbəbi ola bilər. Müəllif yazır: "Bu, iri neft ixracatçıları olan Rusiyada və Azərbaycanda artıq baş verib. Belə vəziyyətdə böhran təzahürlərinə qarşı hər hansı mübarizə təcrübəsi qarşılıqlı şəkildə faydalı ola bilər. Məsələn, hər nə qədər xoşagəlməz nəticələri olsa da, rublun devalvasiyası Rusiya iqtisadiyyatına yeni şans verib, onu daha rəqabətədavamlı edib. Bu, qəbul edilmiş antiböhran tədbirləri ilə bərabər, ölkədə sənayenin tənəzzülünün dərinləşməsini məhdudlaşdıracaq və iqtisadi inkişafın bərpa olunmasına zəmin yaradacaq".
Məqalədə deyilir ki, bu gün Rusiya və Azərbaycan hökumətləri qarşısında eyni təxirəsalınmaz vəzifə dayanır: daxili bazarda qiymətlərin səviyyəsini saxlamaq, habelə xüsusən xarici valyuta ilə olan kreditlərin və depozitlərin qiymətini sabitləşdirmək.
Qəzet yazır: "Azərbaycanın istehlak bazarında qiymətlər manatın devalvasiyası nəticəsində artan kimi ölkə rəhbərliyi Rusiyada olduğu kimi bütün nəzarət edən qurumlara qiymət monitorinqləri keçirmək və qiymətlərin süni şəkildə qaldırılmasına yol verən şəxslər barəsində ölçü götürmək tapşırığı verdi. Bu, problemi vaxtında nəzarətə götürməyə kömək etdi. Manatın devalvasiyasını eşidən vətəndaşlar ilk növbədə ehtiyat ərzaq və ilkin zərurət malları almağa başladılar. İri məhsul istehsalçıları (Azərbaycanda ərzağın 70 faizi daxili istehsal hesabına formalaşır) buraxılış qiymətlərini artırmadıqlarını rəsmi şəkildə bəyan etdikdən sonra ərzaq bazarında vəziyyət və dərmanların qiyməti sabitləşməyə başladı".
RF Dövlət Dumasının Maliyyə Bazarı Komitəsi sədrinin müavini Dmitri Savelyevin fikrincə, iqtisadi potensialı və sənaye qüdrəti Azərbaycanın neftin qiymətlərinin kəskin ucuzlaşmasının mənfi təsirinin öhdəsindən gəlməsinə kömək edəcək. Siyasətçi deyir: "Hətta ucuzlaşandan sonra da manat əvvəlki kimi MDB-nin ən möhkəm valyutası olaraq qalır, Rusiya-Azərbaycan iqtisadi tərəfdaşlığının perspektivləri isə ölkələrimiz üçün təsirli antiböhran vasitəsi olmağa qadirdir".
AzərTAc
İqtisadiyyat
"Ucuzlaşandan sonra da manat..."
27 Fevral 2015 11:19
Baxış: 2 603
DİGƏR XƏBƏRLƏR
- Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı
- Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb
XƏBƏR LENTİ
- Ermənistan bizə elə bir məqamda xəyanət edir ki… - Zatulin
- Almaniya Ukraynaya 500 milyonluq hərbi yardım göndərir
- "Whatsapp" statusuna necə keyfiyyətli video yükləmək olar?
- "Qarabağ"dan 8 oyunçu gedir - Nə baş verir?
- Azərbaycan bu reytinqdə Rusiya və Türkiyəni qabaqladı
- Azərbaycanlı professor vəfat etdi - FOTO
- Coşqun Diniyevə 4 elçi - ÖLKƏLƏR
- Bürcünüzə görə hansı pişik cinsi sizə daha uyğundur? – SİYAHI
- “Tülkülər”in əsas namizədi
- Gürcüstanda “Maydan” hadisələri olmayacaq - Baş nazir
- Bakıdan Almaniyaya reys - TƏQDİMAT
- IQ-sü ən yüksək bürclər
- “Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib - FOTOlar
- İşsiz valideynlər alimenti necə ödəyə bilərlər?
- "Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar"
- BMT baş katibindən Rəisi ilə bağlı etiraf...
- ABŞ Ermənistan MN-ə məsləhətçilər göndərəcək
- Bakı-Quba yolunda dəhşətli qəza - tələbə ağır xəsarət aldı - FOTO
- İlon Maskla Trampı nə bağlayır? Prezident seçilsə...
- Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə GİLAS ziyandır?
- Çin bu bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb
- Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır - Yeni tariflər
- Onlar bu reallıqla barışmaq istəmirlər - Azər Qarayev
- Ermənistanın mina terroru ən böyük bəşəri cinayətlərdəndir - VİDEO