Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam verib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
3. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
4.1. Mingəçevir Sənaye Parkının ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
4.2. Cəmiyyətə Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;
4.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün "Mingəçevir-Toxucu" Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.2. "Mingəçevir-Toxucu" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün;
5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam verib.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Milli.Az
İqtisadiyyat
Mingəçevir Sənaye Parkının yaradılması üçün 2 milyon manat ayrıldı
27 Fevral 2015 09:20
Baxış: 1 148
DİGƏR XƏBƏRLƏR
- Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov
- KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair sənədlər imzalayıblar - FOTO
- Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı
- Ölkə ərazisində qeyri-sabit hava şəraitinin taxıl sahələrinə vurduğu ziyan açıqlanıb
XƏBƏR LENTİ
- Mənası pis olan hədiyyələr: İnsanların ağlına gəlməz
- Günün qoroskopu: Detalları sonra fikirləşərsiniz
- Bu qidaları südlə birlikdə yemək olmaz
- İrəvanda zəlzələ oldu
- Simonyan ələ saldı: Hanı “artsax bayraqları”?
- İran "iPhone"u tam qadağan etdi
- Çingizdən anası ilə bağlı paylaşım - FOTO
- Nikahdan kənar doğulan uşaqların hüquqları qanunla necə tənzimlənir?
- Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib
- Paytaxtın bu ərazilərində qaz olmayacaq
- Hindistanda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb
- Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib
- Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var
- "Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq
- Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
- Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib
- Asiyanın ən varlı adamı arvadına 77 milyonluq ev hədiyyə etdi - FOTO
- Daha 23 nəfərin bank kartından pul oğurlandı
- İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran
- “Real”ın ÇL-in finalı üçün iştirak ərizəsi - SİYAHI
- "iPhone 16"da bu yenilik olacaq - FOTO
- Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb
- Ermənistan bizə elə bir məqamda xəyanət edir ki… - Zatulin
- Almaniya Ukraynaya 500 milyonluq hərbi yardım göndərir