İqtisadiyyat

Musa Pənahov: "Naxçıvan-Qars dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirə olunur"

13 Oktyabr 2014 17:19
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan-Qars (Türkiyə) dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirələrdən sonra Azərbaycan hökumətinə təqdim olunacaq

Trend xəbər verir ki, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, hazırda türkiyəli mütəxəssislər dəmiryolunun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi layihəsi üzərində çalışırlar: "Bu, işlərin əhəmiyyətli hissəsinin Azərbaycan ərazisində aparılacağı ilə bağlıdır".

M.Pənahov qeyd edib ki, layihə çərçivəsində Azərbaycan ərazisində 13 kilometrə yaxın yeni dəmiryolun tikintisi, eləcə də 160 kilometr yolun bərpası nəzərdə tutulur: "Bu, kifayət qədər böyük layihədir və ətraflı müzakirələrdən sonra baxılması üçün ölkə hökumətinə təqdim ediləcək".

Naxçıvan-Qars dəmiryolu layihəsi çərçivəsində İran sərhədindən Sədərəyədək yolların bərpası, eləcə də daha 10 kilometr yolun çəkilişi nəzərdə tutulur.

İlkin məlumatlara görə, Naxçıvan-Qars dəmiryolunun həyata keçirilməsi üçün bir milyard manat vəsait tələb olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.