Azərbaycanda hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği son 8 ildə 3 dəfədən də çox artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin 1 yanvar tarixindən 100 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunub. Belə ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir.
Xatırladaq ki, cari ilin 1 iyul tarixinə respublikamızda 559 834 nəfər ailə üzvünü əhatə edən 128 025 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Həmin ailələrdən 37 208-i tərkibində 3 və daha çox uşağı olan, 11 596-sı məcburi köçkün, 307-si isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276 134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32 789 nəfərdir.
Son vaxtlarda ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri aparılır.
Milli.Az
İqtisadiyyat
Azərbaycanda hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği artıb
30 İyul 2014 13:32
0 Şərh
Baxış: 1 293
![](https://img2.milli.az/n/binalar/08/3/emek_ve_ehalinin_sosial_mudafiesi_nazirliyi.jpg)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
5 dəqiqədə dadlı salat necə hazırlamaq olar?
-
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşdü
-
Ona inanmaq olarmı?
-
İyuldan işığın qiyməti artır? - AÇIQLAMA
-
Qızıl ümidlər - REYTİNQ
-
Anasından Leyla Quliyeva ilə bağlı paylaşım - FOTO
-
17 yaşlı gənc qətlə yetirildi
-
Nazirlik rəsmisi hava ilə bağlı çağırış etdi
-
Mətanət İsgəndərli nəvələri ilə - FOTOlar
-
Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı - VİDEO
-
“Qəbələ”dən ikinci transfer
-
Volkan Dəmirələ ağır itki
-
İnsanlar ölməzdən əvvəl nəyə peşman olurlar - Ən çox yayılmış 10 şey
-
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
-
Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?
-
“Qəbələ”də yeni müdafiəçi
-
Ailə həyatının ən şanslı bürcləri
-
3 gün 3 gecə toy etdilər - FOTO
-
Riki Martin ilk dəfə Bakıya gəlir
-
Buzovnada qara maskalılar saxlanıldı
-
Çimnaz çılpaq şəkillərini bu qiymətə satışa çıxardı - FOTO
-
Elşad Xosedən xanımı ilə FOTO
-
Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıb - FOTO
-
Yaşar Nurinin qızının geyimi gündəm oldu - VİDEO