İqtisadiyyat

Sahil Babayev: "Riteyl Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər"

21 Aprel 2014 12:21
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pərakəndə biznes və onun inkişafı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədlərinə nail olmaqda böyük töhfə verə bilər

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bazar ertəsi Bakıda keçirilən riteylin və françayzinqin inkişafına həsr edilmiş "dəyirmi masa"da bildirib. Tədbir Dubay palatasının (BƏƏ-də işgüzar mühitin və biznes maraqlarının müdafiəsinin inkişafı ilə məşğul olan struktur) nümayəndə heyətinin səfəri çərçivəsində təşkil olunub.

S.Babayev deyib: "Azərbaycan son 10 il ərzində iqtisadiyyatın inkişafında böyük uğurlara nail olub və indi ölkə qarşısında "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş iqtisadiyyatın şaxələndirilməsi vəzifəsi durur. BƏƏ riteylin və françayzinqin inkişafında nəhəng təcrübəyə malikdir və bu təcrübə yerli sahibkarlar üçün faydalı ola bilər".

Onun sözlərinə görə, əmirliklərlə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığa dair ümumilikdə 20-dən artıq saziş imzalanıb: "Azərbaycanda hazırda BƏƏ investisiyalarının iştirakı ilə 200-ə yaxın şirkət çalışır, son illər ərzində isə ölkənin milli iqtisadiyyatına 465 milyon dollardan artıq sərmayə yatırılıb. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.