İqtisadiyyat

Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr müzakirə edilib - FOTO

5 Aprel 2014 16:23
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Sənaye və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Monteneqro arasındakı əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
 

Nazir Şahin Mustafayev Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın daha da genişlənməsində böyük rol oynadığını diqqətə çatdırmışdır.
 

Bildirilib ki, ölkələrimizin böyük potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Nazir Şahin Mustafayev əlaqələrin daha inkişaf etdirilməsi baxımından müntəzəm görüşlərin keçirilməsinin, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinin və bu məqsədlə biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr, iqtisadiyyatın prioritet istiqamətləri barədə qonaqlara məlumat verən iqtisadiyyat və sənaye naziri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarının da sürətlə inkişaf etdiyini vurğulayıb.
 

Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər sərgisində iştirak etmək üçün Azərbaycana gəldiyini qeyd edən Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç ölkəmizə ilk səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Cənab Branimir Qvozdenoviç Azərbaycandakı inkişafın ölkəsində maraqla qarşılandığını və Monteneqronun əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
 

Sonra qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə tanış olublar.

Həmin gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Monteneqro işgüzar görüşü keçirilib. Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov işgüzar dairələrin iştirakı ilə keçirilən bu cür tədbirlərin iş adamları arasında əlaqələrin daha da genişlənməsində əhəmiyyətini vurğulayıb, sahibkarlara göstərilən dəstək mexanizmləri, eləcə də AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.
 

Monteneqronun turizm və davamlı inkişaf naziri Branimir Qvozdenoviç Monteneqro və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.
 

Tədbirdə Monteneqronun turizm sahəsində investisiya və biznes imkanlarına dair təqdimat keçirilmiş, turizm sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.