İqtisadiyyat

Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlanıb

2 Aprel 2014 19:01
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) üç qurğusunda paralel olaraq təmir işlərinə başlayıb. Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar cədvəli tərtib olunub.

Qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünü 1 milyon ton (2 milyondan 3 milyonadək), benzin istehsalını isə 450 min ton artırmağa imkan verir. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən həyata keçirilir. Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə saxlanılacağı nəzərdə tutulur. Qurğu avtomobil benzini istehsalında böyük önəm daşıyır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.