İqtisadiyyat

Azərbaycana ötən il gələn turistlərin statistikası açıqlandı

2 Aprel 2014 13:43
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana ötən il ərzində 2 400 000 nəfərə yaxın turist gəlib

Trend-in məlumatına görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentiliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.

A.İsmiyev qeyd edib ki, ötən il ərzində Azərbaycana 2 508 000 nəfər xarici ölkə vətəndaşı olub. Həmin şəxslərin arasında Azərbaycanda təhsil alan və işləyən xarici ölkə vətəndaşlarının da olması nəzərə alınsa, onda ölkəyə gələn turistlərin sayının 2 400 000 da olub.

Nazirliyin şöbə müdiri qeyd edib ki, Azərbaycana gələn turistlər bir həftə ərzində 700-800 dollar pul xərcləyirlər. Onlar bu vəsaiti daha çox mehmanxanalarda yerləşdirilmələrinə, yeməyə, ekskursiyalara və s. sərf edirlər: "Azərbaycanda son 2-3 il ərzində 3-4 ulduzlu otellərin sayı artıb. Onlarda yerləşdirmənin qiyməti bir gün üçün 60-80 manatdır".

A.İsmiyev qeyd edib ki, Azərbaycana gələn turistlər ölkənin bütün regionlarına maraq göstərirlər. Onlar Azərbaycanın Şəki, Qusar, Şamaxı, lerik, Lənkəran rayonlarına səfərlər edirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.