İqtisadiyyat

Aİ: "Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini davam etdirməlidir"

2 Aprel 2014 13:03
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini üzrə tədbirləri davam etdirilməlidir

Bu barədə çərşənbə günü Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Avropa Qonşuluq Siyasəti çərçivəsində ölkənin 2013-cü ildə irəliləyişi haqqında hesabatın təqdimatında deyib.

Trend bildirir ki, onun sözlərinə görə, Aİ ölkədə bərqərar olan makroiqtisadi stabillik barədə məlumatlandırılıb:

"Hesabatda Azərbaycan iqtisadiyyatının gələcəkdə şaxələndirilməsinə yönəldilmiş tədbirlərin davam etdirilməsi, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq və Rəqabət Məcəlləsinin qəbul edilməsinin vacibliyi qeyd olunur".

Onun sözlərinə görə, Aİ Azərbaycanın iri ticarət tərəfdaşı və sərmayəçisidir, lakin əməkdaşlıq potensialından tam istifadə olunmayıb: "Aİ Azərbaycanda işləri yoluna qoymaq, ölkədə aparılan islahatların davamını görmək, ticarəti və digər sahələri inkişaf etdirməkdə maraqlıdır. Bundan əlavə, Avropa İttifaqının Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğu yaxşı məlumdur. "Şahdəniz-2" layihəsi üzrə yekun qərarın qəbulu əlamətdar addımdır. Biz bu sahədə qarşılıqlı münasibətləri ən sıx şəkildə inkişaf etdirmək niyyətindəyik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.