İqtisadiyyat

Varşava ilə Bakı arasında birbaşa aviareys açılacaq?

2 Aprel 2014 12:27
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varşava ilə Bakı arasında birbaşa aviasiya əlaqəsinin açılması məsələsi gündəlikdədir

Trend-in məlumatına görə, bu barədə Polşa baş nazirinin müavini Yanuş Pexoçinski Varşavada azərbaycanlı jurnalistlərlə görüşdə deyib.

Y.Pexoçinski bildirib: "Təəssüf ki, Polşanın aviadaşıyıcısı - LOT şirkəti hazırda ciddi çətinliklərlə üzləşib və çətin vəziyyətdədir. Bu, bir sıra vacib istiqamətlərdə aviareyslərin sayının azalmasına gətirib çıxarıb və aviaşirkətin bir sıra uzunmüddətli planlarının reallaşdırılmasını dayandırıb. Buna baxmayaraq, Varşava ilə Bakı arasında birbaşa aviasiya əlaqəsinin açılması məsələsi gündəlikdədir".

Onun sözlərinə görə, birbaşa aviasiya xəttinin açılması hər iki ölkədə turizmin inkişafı üçün vacibdir: "Mən Bakıya birbaşa çarter reyslərinin açılması məsələsi ilə bağlı turizm agentlikləri ilə sıx çalışıram, çünki bu LOT aviaşirkətinə Azərbaycanla Polşa arasında birbaşa aviaxəttin açılmasını yolunа qoymağa imkan verər. Tələbə mübadiləsi, iş adamlarının qarşılıqlı səfərləri, turizm aviaşirkətin təyyarələrinə ölkələrimiz arasında həftədə iki dəfə reyslər həyata keçirməyə imkan verəcək. Beləliklə, əgər Polşa şirkətləri Azərbaycan bazarına daxil olarlarsa, onda ölkələr arasında birbaşa hava nəqliyyatının yoluna qoyulması xeyli asanlaşar".

Baş nazirin müavini qeyd edib: "Ona görə də biz Bakını region bazarına çıxış üçün əsas istiqamət hesab edirik. Çünki Azərbaycan paytaxtı ilə yaxşı regional əlaqələr yaradılıb".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.