İqtisadiyyat

"Ulduz" qənnadı fabriki istehsal olunan məhsulun keyfiyyətinə görə ən yüksək mükafatla təltif olundu - FOTO

2 Noyabr 2013 12:19
Baxış: 3 121
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Noyabrın 1-də beynəlxalq mətbuat mərkəzində "Veysəloglu-Yaycılı Qardasları" MMC-nin nəzdində fəaliyyət göstərən "Ulduz" qənnadı fabrikinin istehsal olunan məhsulun keyfiyyətinə görə, ən yüksək mükafatla, Azad İstehlakçılar Birliyinin platin medalı ilə təltif olunması ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, "Ulduz" qənnadı fabrikinin direktoru Vüsal Şərifov, "Veysəloglu-Yaycılı Qardasları" MMC holdinqinin direktoru Aydın Talıbov, fabrikin marketinq üzrə direktoru Röyal İbrahimov və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə "Ulduz" qənnadı fabrikinin direktoru Vüsal Şərifov şirkət haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, fabrik 2001-ci ildən işə başlayıb və ilk gündən öz məhsulunun keyfiyyətini sübuta yetirib.

"Ulduz" qənnadı fabriki artıq uzun illərdir ki, istehlakçıya geniş çeşidli şokolad məhsulları təqdim edən müasir Azərbaycan müəssisəsidir.

"Biz "Veysəloglu-Yaycılı Qardasları" MMC-yə daxil olduqdan sonra şirkətimiz daha sürətli templərlə inkişaf etməyə başlayıb. Qısa vaxt ərzində fabrik müxtəlif MDB ölkələrinə məhsul ixrac edən müəssisəyə çevrilə bildi. Müxtəlif çeşidli keyfiyyətli, dadlı və zövq verən şokolad məhsulları xarici bazarlarda etiraf olunur. Fabrikimiz yeni və öncül texnologiyaların, Almaniya və İtaliya istehsalı olan müasir avadanlıqların tətbiq olunması sayəsində uğurla inkişaf edir.

Mövcud olduğu müddət ərzində kollektivin yorulmaz əməyi sayəsində müəssisə istehsal olunan məhsulların həcmini artırır və eksport proqramını uğurla artıraraq, hər il istehsal həcmini öncəki illə müqayisədə iki dəfə artırır.

İstənilən ərzaq məhsulu istehsalının uğurunun əsasında məhsulun keyfiyyəti dayanır. Bu səbəbdən də xammal diqqətlə seçilir, orqanoleptik, fiziki-kimyəvi göstəricilərə və təhlükəsizlik kriteriyalarına görə ciddi nəzarətdən keçir.

Biz bir çox xarici şirkətlərlə əməkdaşlıq edirik ki, onlardan yeni şeylər öyrənək. Ən əsası isə odur ki, artıq Azərbaycanın özünün şokolad məhsulu var. Biz bu məhsulla öz ölkəmizi beynəlxalq qənnadı sərgilərində təmsil edirik.

Öz xidmətlərimizə görə bir neçə dəfə həm öz ölkəmizdə, həm də xaricdə medal və sertifikatlarla təltif olunmuşuq. Bu il isə bizim məhsulumuz 2013-cü ilin ən keyfiyyətli məhsulu seçilib", - Vüsal Şərifov qeyd edib.

Direktor, həmçinin onu da bildirib ki, şirkət öz məhsullarını Rusiya, Gürcüstan, Belarus, Bolqarıstan, Orta Asiya, Fələstin kimi ölkələrə ixrac edir. Gələcəkdə Qazaxıstan, ABŞ və digər ölkələrin şirkətləri ilə əməkdaşlıq edilməsi planlaşdırılır.

Vüsal Şərifov qeyd edib ki, hazırda "Ulduz" uşaqların gözləri ilə" adlı layihə üzərində işləyirlər. Bununla əlaqədar gələn il uşaqlar üçün "Cırtdan" adlı yeni məhsul buraxılacaq. Bu məhsullar məşhur Azərbaycan cizgi filmlərinin qəhrəmanlarının formasında buraxılacaq.

Sonra isə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. Onun sözlərinə görə, ötən ildən etibarən milli məhsullar üzərində nəzarəti təmin etmək, məhsulun təhlükəsizliyi barədə məlumat toplamaq və istehlakçılara məlumat vermək üçün təlimlər keçirilir.

"Bu gün tarixə düşəcək. "Ulduz" qənnadı fabrikinin platin medal alması məhusulun yüksək keyfiyyət göstəricisidir. Şirkət bir il ərzində çox çətin və geniş miqyaslı ekspertizadan keçdi. Bütün parametrlər üzrə ciddi yoxlamalardan sonra fabrik ən yüksək qiyməti aldı. O, bizim bütün tələblərimizə cavab verir. İstehlakçılar bu məhsula tam olaraq etimad göstərə bilərlər", - Eyyub Hüseynov əminliklə qeyd edib.

Mətbuat konfransının sonunda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov platin medalı və sertifikatı "Ulduz" qənnadı fabrikinin direktoru Vüsal Şərifova təqdim edib.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.