Bakıda Dünya Bankı (DB) və Azərbaycanın Nəqliyyat Nazirliyi arasında Bakı-Şamaxı-Muğan ikizolaqlı və dördzolaqlı (üçüncü magistral avtomobil yolu) avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalanıb. Bank bu layihənin maliyyələşdirilməsinə 241,6 milyon dollar həcmində kredit ayırıb.
Azərbaycan tərəfdən sazişi nəqliyyat naziri Ziya Məmmədov, DB tərəfdən isə ölkə üzrə yeni menecer Cozef Ouen imzalayıb. Bu saziş 2010-cu ilin avqustunda bu vəzifəyə təyin ediləndən bəri Ouenin imzaladığı ilk sazişdir.
Bankın bu layihənin maliyyələşdirməsinə ayırdığı kredit resurslarından 70 milyon dollar 2010-cu il maliyyə ilində Azərbaycan üçün Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA DB qrupuna daxildir) kvotaları hesabına güzəştli şərtlərlə nəzərdə tutulub, 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılacaq. Layihənin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir. Maliyyələşmənin yerdə qalan digər hissəsi, müvafiq olaraq, layihədə dövlətin iştirak payı sayəsində həyata keçiriləcək.
BİA-nın xətti ilə kredit resursları 10 illik güzəştli dövr olmaqla 20 illliyə, BYİB isə ödənişdən dördillik möhlətlə 17 illiyə ayrılıb.
Bakı-Şamaxı-Muğan yolunun uzunluğu 122 kilometr təşkil edir ki, onun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində tikiləcək, yerdə qalan hissə isə artıq tikilib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq ərzində ölkəyə 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard həcmində kredit ayrılıb. 2008-ci ildə bank tərəfindən 13 layihənin maliyyələşdirilməsinə 1,251 milyard dollar yönəldilib. Strategiyanın son iki ilində (2009-10-cu illər) DB ölkəyə bir milyard dollardan çox vəsait ayırmağa hazır olduğunu bildirib. Bu vəsait artıq kommersiya şərtləri ilə - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə verilməli idi. Lakin bank indiyədək Azərbaycanı paralel olaraq güzəştli şərtlərlə maliyyələşdirir.
/
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan və Dünya Bankı kredit sazişi imzaladı
11 Avqust 2010 16:01
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Qlobal gərginlik və bahalı neft: Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər
-
Ramazandan sonra zərgərlik bazarında vəziyyət NECƏDİR?
-
Azərbaycanda bu məhsulların qiyməti BAHALAŞDI - 20 manata olan 25 manata...
-
Qızılı olanlara ŞAD XƏBƏR - 4 700 dolları ötdü
-
Dollar sabit qaldı, digər valyutalarda dəyişiklik VAR
XƏBƏR LENTİ
-
2 apreldə 3 bürcün taleyi dəyişəcək
-
Süzmə qatıq niyə turş olur?
-
Səhər rutini günü formalaşdırır: Daha yaxşı başlamaq üçün 4 effektiv üsul
-
Kartof qızardarkən qazanın qapağı bağlanmalıdır?
-
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
-
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
-
50 yaşdan yuxarı şəxslərin DİQQƏTİNƏ
-
Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR
-
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
-
Yardımlıda işıq olmayacaq
-
İranda yüksək vəzifəli şəxsin evi bombalandı, özü ağır yaralandı
-
“Eşref Rüya”nın aktyoru vəfat etdi - FOTO
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib - FOTO
-
Xameneinin vəziyyəti açıqlandı
-
Pezeşkian ABŞ xalqına məktub ünvanladı
-
Şanlı aprel zəfərindən 10 il ötür
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"





