İqtisadiyyat

"TANAP layihəsi Avropa üçün unikal şansdır"

17 Noyabr 2012 14:13
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Türkiyə ərazisindən keçən qaz kəmərləri, xüsusən də Trans Anadolu qaz kəməri (TANAP) layihəsi Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində unikal şansdır. Bunu ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Karlos Paskual Atlantika Şurasının forumunda deyib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Axşam" qəzeti yayıb.

"Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Türkiyənin rolu bundan sonra da əvəzedilməzdir", - Paskual bildirib.

TANAP layihəsi Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər qaz kəmərinin tikintisini nəzərdə tutur. Həmin kəmərlə Azərbaycan qazı "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya gətiriləcək.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.