Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilib-verilməməsi ilə bağlıdır. Cəmiyyətdə bu istiqamətdə fərqli fikirlər səslənir, əksəriyyət hesab edir ki, uşaqpulu tətbiq olunmalıdır. Hətta bəzi iddialara görə, yaxın illərdə bu istiqamətdə müəyyən addımların atılması mümkündür.
Eyni zamanda, demoqrafik göstəricilərlə bağlı narahatlıqlar da artır. Qeyd olunur ki, doğum səviyyəsində azalma müşahidə edilir, ailə quranların sayı isə əvvəlki illərlə müqayisədə aşağı düşür.
Bu müzakirələr ənənəvi sualları yenidən aktual edir: Azərbaycanda uşaqpulu verilə bilərmi? Əgər belə bir qərar qəbul olunarsa, bu ödəniş bütün uşaqlara şamil ediləcək, yoxsa yalnız 2-3 uşaqdan sonra tətbiq olunacaq? Bəs məbləğ nə qədər ola bilər?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli uşaqpulunun gələcəkdə tətbiq oluna biləcəyini deyib.
"Demoqrafik vəziyyətin sabitləşdirilməsi baxımından belə bir addım mümkün görünür. Lakin hansı uşaqlara, hansı məbləğdə və neçə uşaqdan sonra veriləcəyi artıq sosial siyasətin və demoqrafik strategiyanın parametrlərindən asılı olacaq".
İqtisadçı qeyd edib ki, müəyyən ediləcək məbləğ birbaşa dövlət büdcəsinin imkanları ilə bağlıdır:
"Bu barədə indidən konkret proqnoz vermək çətindir. Çünki hər şey demoqrafik siyasətin necə formalaşdırılacağından asılıdır. Ailələrin strukturu, yəni bir, iki və ya daha çox uşaq olması nəzərə alınmalıdır. Müxtəlif ölkələrin təcrübəsində fərqli yanaşmalar var. Məsələn, bəzi ölkələrdə hər növbəti uşağa görə əlavə maliyyə dəstəyi verilir. Azərbaycanda da bu məsələdə demoqrafik proseslərin inkişaf istiqaməti və dinamikası nəzərə alınaraq qərar verilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
-
"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB
-
Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO
-
"Borussia"nın ulduzu klubdan ayrılmağa qərar verib - FOTO
-
Məşhur aparıcı vəfat etdi - FOTO





