Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə görüşlər təşkil olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.
29 yanvar 2026-cı il tarixində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən "Xaçmaz KOB evi"ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında) reallaşdırılacaq.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə görüşə gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (055 200 03 79, [email protected], Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru).
Milli.Az





