İqtisadiyyat

KOBİA Qusarda sahibkarlarla görüşüb - FOTO

24 İyul 2025 16:45
Baxış: 595
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunda sahibkarlarla görüş keçirilib.

KOBİA-dan Milli.Az-a bildirilib ki, görüşdə kənd təsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşə sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklə rayonun biznes potensialının reallaşdırılması, eləcə də rayonda sahibkarlıq fəaliyyəti üçün imkanlar barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Qusar rayonunun iqtisadiyyatı əsasən bağçılıq və turizm sahələrinə əsaslanır. İntensiv bağçılıq üzrə əlavə dəyər yaratmaq üçün məhsulların yerində emalı həm gəliri artıra, həm də yeni iş yerləri yarada bilər. Rayonun təbiəti və mövcud infrastrukturu turizm üçün geniş imkanlar yaradır. Bu baxımdan Qusarın turizm potensialından maksimum istifadə etmək və bu sahədə innovativ xidmətlər təklif etmək vacibdir. Sahibkarların birgə fəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübə mübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirə bilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyə və bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsi faydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı texnikasının təmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağın təyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış, kommunal xidmətlərə qoşulma, lizinq və s. məsələlərlə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb. Həmçinin KOBİA nümayəndələri Qusar rayonunda fəaliyyət göstərən "Monolit tikinti" MMC-nin PVC qapı-pəncərə və metal konstruksiyaların istehsalı sexlərində və satış yerində olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım, xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindən istifadə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.