İqtisadiyyat

Bu məhsulun topdansatış qiyməti 20 qəpiyə düşdü

24 İyul 2025 13:00
Baxış: 2 313
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Masallıda pomidorun todansatış qiyməti kəskin ucuzlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib. 

Fermer hazırda məhsulun bir kiloqramının 20 qəpiyə təklif edildiyini vurğulayıb.

"Amma buna baxmayaraq, məhsul sahədə qalıb, alan yoxdur. Məhv olub gedir. 9 hektar pomidor, 7 hektar turşuluq xiyar, 4 hektar badımcan, 3 hektar bibər, 4,5 hektar yemiş, 26 hektar qarpız sahəsi var. Hamısı da əkilib, məhsul boldur. Bunun üçün 40 min manat maliyyə qoymuşam, bu günə kimi cəmi 3500 manat pul götürmüşəm. Məhsul qalıb sahədə, alıcısı yox. Heyif bizim əziyyətimizdən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.