İqtisadiyyat

Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ

9 Aprel 2025 00:31
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda I rübdə vətəndaşlara geri qaytarılan Əlavə Dəyər Vergisinin (ƏDV) məbləği açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan iqtisadiyyatı" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, "ƏDV geri al" layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-mart ayları ərzində 46 milyon 88.3 min manatdan çox olub.

"ƏDV geri al" layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-mart ayları ərzində qaytarılan həcmi 8 milyon 59.8 min manatdan çox təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.