İqtisadiyyat

Kolbasa alarkən marketlərdən bunu tələb edin - daha ucuz başa gəlir - VİDEO

27 Fevral 2025 06:33
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolbasa və ət məhsullarının istehsaldan sonra sıxıldığı və çəkisinin aşağı düşdüyü deyilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə də görüntülər paylaşılıb. Videoda alıcı, aldığı məhsulu yenidən çəkdirdiyini və çəkisinin aşağı düşdüyü üçün etiketdə qeyd olunan məbləğdən daha az ödəniş etdiyini bildirir.  

Qida mütəxəssisi Asim Vəliyev deyir ki, bu kimi hallar tez-tez baş verir.  Onun sözlərinən görə, ət məshullarının çəkisinin zamanla dəyişməsi adi bir haldır. Bu halda alıcı məhsulun yenidən çəkilməsini tələb edə bilər.

Qida mütəxəssisi Seymur Qafarov isə deyir ki, bu hal təkcə ət məhsullarında deyil, digərlərində baş verə bilir.

Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə bildirir ki, kolbasa və sosislərin istehsaldan sonra çəkisinin itməsi çox vaxt qablaşdırılma forması ilə bağlı olur.

Onun fikrincə, məhsulun üzərində onun çəkisinin itə biləcəyi ilə bağlı məlumat qeyd olunmalıdır.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.