Torpaq sahələrinizi satmayın! - “Tezliklə elə bir şey olacaq ki…”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların sürətlə şəhərlərə köçməsi səbəbindən rayon və kənd yerlərindəki torpaq sahələri satılır. Lakin bəzi mütəxəssislər sözügedən torpaqların satılmasını tövsiyə etmir, hətta imkan daxilində əlavə ərazilər almağı məsləhət görürlər. Bildirirlər ki, insanlar yaxın zamanda həyatda qalmaq üçün o torpaqda bəzi məhsulları yetişdirmək məcburiyyətində qalacaq. İddialara görə, böyük şəhərlər getdikcə yaşanılmaz hala gələcək, ərzaq qıtlığı yaşanacaq. Bu məqamda isə kənddəki torpaq sahələri xilas rolunu oynayacaq.
Bu cür xəbərdarlıq nə dərəcədə realdır? İnsanlığı belə bir fəlakət gözləyirmi?
Milli.Az xəbər verir ki, "globalinfo.az"a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, daha böyük sosial, iqtisadi, siyasi kataklizmlər barədə proqnozlar özünü doğrulda bilər:
"Amma təlatüm yaratmaq doğru fikir deyil. Kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin istifadəsi ilə əlaqəli Azərbaycanın dövlət proqramı var. Sadəcə, insanlar problemə daha rasional şəkildə yanşmalıdırlar. Bütün proqramların effektiv icrası üçün korrupsiya və rüşvətlə ciddi mübarizə aparmaq lazımdır. İnsanlar başa düşməlidir ki, natural təsərrüfat və məhsul istehsalı kağız əskinazdan üstündür. Məhsul olmasa pul heç nəyi həll etmir. Bütün problemləri yalnız vicdan və iradə həll edir".
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli xəbərdarlıqların reallıqdan uzaq olduğunu qeyd edib:
"Dünyada uzunmüddətli qıtlığın olacağını düşünmürəm və bu, real görünmür. Ona görə də insanlara demək olmaz ki, torpaq alıb, məhsul istehsal etsinlər. Elə tendensiyanın olacağını da gözləmirəm. Açığı, dünyada texnologiyaların inkişafı, aqrar sahədəki gəlişmələr, məhsuldarlıqların artması kənd təsərrüfatı məhsullarının istehsalını, tələb olunan qidanı təmin edir. Bu gün Avropanın özündə də məhsulların satışı üçün bazarlar axtarırlar. Bu da o deməkdir ki, istehsal kifayət qədər çoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var





