Gənc Sahibkarların V Forumu keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənc Sahibkarların V Forumunda sahibkarlığa maraq göstərən gənclər və startaplar biznesə göstərilən dəstək tədbirləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumatlandırılıb.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə "Bakı KOB evi"ndə Gənc Sahibkarların V Forumu keçirilib.
Artıq ənənə halını alan Gənc Sahibkarlar Forumunun başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək olunması, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.
Sahibkarlıq ekosisteminin fəal üzvlərinin və biznesə marağı olan 100-dən çox gəncin iştirak etdiyi forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri, sahibkar düşüncə tərzinin formalaşdırılması, gənclərin bilik və bacarıqlarının artırılması yönündə həyata keçirilən layihələr, gənc sahibkarların texnoloji yeniliklərə marağı, sahibkarlıq fəaliyyətində yaşıl düşüncənin təbliği barədə fikirlərini bölüşüblər. Forumda həmçinin, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmansın video müraciəti də dinlənilib.
Tədbir çərçivəsində innovativ biznes ideyaları və uğurlu sahibkarlıq fəaliyyəti olan gənclərin fikir mübadiləsinə məhsuldar şərait yaradan "Gənclərin sahibkarlıq fəaliyyəti müasir dünyanın nəbzində" mövzusunda panel müzakirə də təşkil edilib. Paneldə Azərbaycan Respublikasının Gənclər Fondunun moderatorluğu ilə "Xsolla Baku" MMC, "BuyLink" MMC, "Snackpack" MMC və "Kibertəhlükəsizlik platforması" MMC-nin nümayəndələri və gənclər arasında real təcrübələrə əsaslanan və müasir dövrün çağırışlarına cavab olaraq innovativ sahibkarlıq düşüncəsinin formalaşdırılması, sahibkarlıq ekosisteminin inkişafının özü ilə gətirdiyi yeni iş modelləri, dəyişən trendlər və imkanlar mövzusunda müzakirələr aparılıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN





