İqtisadiyyat

Dollar ən yüksək səviyyəyə qalxdı

14 Yanvar 2025 00:12
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün dolların məzənnəsi əsas dünya valyutalarına nisbətdə son iki ilin maksimumuna çatıb.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, dollar indeksi 2022-ci il 10 noyabr tarixindən bəri ilk dəfə 110 baldan yuxarı olub.

Artımın əsas səbəbi ABŞ-da məşğulluqla bağlı məlumatların dərc edilməsi olub. Yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib ki, bu da Federal Ehtiyat Sistemini (FES) faiz dərəcələrini yavaşlatmağa vadar edə bilər.

Bundan əlavə, dollar avroya və İngiltərə funtuna nisbətdə son iki ilin zirvəsinə çatıb. Bu proses ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra başlayıb. Bazar gözləyir ki, siyasətçi vəd edilən ixrac rüsumlarını tətbiq etməyə və vergiləri azaltmağa başlayacaq ki, bu da inflyasiyanı sürətləndirəcək və nəticədə faiz dərəcələrinin azalması dayanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.