İqtisadiyyat

Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı

25 Dekabr 2024 19:50
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.

İstehsalat Birliyi teleqüllənin inşası işlərini "Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.