Sahibkarlara şad xəbər - vergi yükü azaldıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan və VÖEN-lə işləyən kiçik sahibkarların vergi yükü azaldıla bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, vergi məsələləri üzrə ekspert Emin Səttarovun sözlərinə görə, elə fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər. Təklifdə 13 istiqamət üzrə illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi nəzərdə tutulub. Hazırkı qanunvericiliyə görə isə, fərdi sahibkarlar əldə etdiyi gəlirlərə görə 20% gəlir vergisi ödəməlidirlər. Sahibkarın 3 nəfər işçisi olduğu halda, onun gəlirinin 75%-lik hissəsi vergidən azad edilir.
Ekpsert Emin Səttarovun sözlərinə görə, jurnalistika, proqram təminatı, layihə-dizayn və dekorasiya, tərcümə, reklam, araşdırma və tədqiqat, elm, təhsil, mədəniyyət və idman, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərənlər, həmçinin kuryer fəaliyyəti və turizm bələdçiliyi edənlər 45 min manatdan az gəlir əldə etdikləri zaman bu güzəştlərdən yararlana biləcəklər.
Vergi ödəyicisi kimi VÖEN-lə işləyən repetitorlara da bu güzəştlər tətbiq ediləcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul ediləcəyi halda gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
2. Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiyməti dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü
-
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
-
Yasamalda yaşayanların diqqətinə
-
Azərbaycanın Qarabağ xalçası Peruda nümayiş etdirildi - (Video)
-
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
-
Dünya bazarlarında neft bahalaşdı
-
“Trabzonspor” “Beşiktaş”a da qalib gəldi
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept





