Mərkəzi Bankın sədri kreditlərlə bağlı qərar imzaladı - Bundan sonra...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiq edib.
Milli.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kredit aşağıdakı tələblərə cavab verməlidir:
- milli valyutada verilir;
- borcalana birdəfəlik verilmiş kreditin maksimum məbləği 500 (beş yüz) manatdır;
- gündəlik faiz dərəcəsi maksimum 0,3%-dir;
- qaytarılma müddəti maksimum 45 gündür;
- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;
- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır;
- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;
- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;
- restrukturizasiya olunmur;
BOKT-nin Müşahidə Şurası (Himayəçilik Şurası) tərəfindən BOKT-nin risk iştahasına uyğun olaraq kredit risklərinin idarə olunması siyasəti təsdiq edilməlidir.
Kredit risklərinin idarə edilməsi siyasəti azı aşağıdakıları əhatə edir:
- hər bir kredit növü üzrə bir borcalana və birgə borcalanlar qrupuna, habelə BOKT-yə aidiyyəti olan şəxslərə verilən kreditlərin maksimum həcmi, borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları;
- təminatın qiymətləndirilməsi qaydaları, o cümlədən, kənar qiymətləndiricinin seçilməsi meyarları;
- kredit inzibatçılığının aparılması qaydaları;
- qeyri-standart kreditlərin idarə edilməsi qaydaları;
- hesabatlıq.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
"Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nın təsdiq edilməsi barədə bu linkə keçid edərək ətraflı tanış ola bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Dünya bazarında neft ucuzlaşdı
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
XƏBƏR LENTİ
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib





