İqtisadiyyat

Devalvasiya iddiaları ilə bağlı xoş xəbər

28 Avqust 2024 16:23
Baxış: 5 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxın vaxtda devalvasiyanın olacağı ilə bağlı xəbərlərin ciddi əsası yoxdur. Təbii ki, ehtimal həmişə var. Amma bunun üçün ciddi iqtisadi əsas yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, Mərkəzi Bank məcbur olmadıqca devalvasiyadan mümkün qədər yayınacaq:

"Amma məcbur olduğu halda devalvasiya olacaq. Manatın məzənnəsini Mərkəzi Bank təyin edir. Bu baxımdan dəqiq proqnoz vermək çox çətindir. Çünki Mərkəzi Bankın özünün birbaşa təyin etdiyi və səlahiyyətində olan məsələdir. Hətta Mərkəzi Bank bunu süni şəkildə qabağa da çəkə bilər, ləngidə də bilər. Mərkəzi Bankdan çox şey aslıdır, hazırda buna məcbur deyil. Çünki neft qiymətləri yüksəkdir. Bundan əlavə, Mərkəzi Bankın ehtiyatları son dövrlərdə azalmır, artır. Ona görə də, yaxın zamanda devalvasiya gözlənilmir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.