Kapital Bank-ın iştirakı ilə Naxçıvanda ilk “Karyera sərgisi” keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Muxtar Respublikasında ilk dəfə Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş "Karyera sərgisi" keçirilib.
Ölkənin birinci bankı Kapital Bank-ın da iştirak etdiyi tədbirdə 60-dan çox dövlət, özəl və qeyri-hökümət təşkilatları iştirak edib.
Sərgidə xüsusi stendi olan Kapital Bank-ın əməkdaşları bankda işləmək istəyən namizədləri karyera imkanları və işə qəbul prosesi haqqında ətraflı məlumatlandırıblar. Namizədlər Kapital Bank-ın stendində öz CV-lərini təqdim etmək və vakansiyalar haqqında daha ətraflı məlumat almaq imkanına sahib olublar. Bankın nümayəndələri gənclərə işə qəbul prosesində uğur qazanmaları üçün məsləhətlər verib və onların suallarını cavablandırıblar.
Kapital Bank-ın Korporativ satışlar departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev sərgidə bankın iştirakının əhəmiyyətini vurğulayıb. "Biz Kapital Bank olaraq, hər zaman gənclərin karyera inkişafına dəstək olmağa hazırıq. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən bu karyera sərgisi gənclərin iş dünyası ilə tanış olması və peşəkar həyatlarına uğurlu başlanğıc etməsi üçün böyük bir fürsətdir".
Kapital Bank bu tip əhəmiyyətli sərgilərdə iştirak etməklə regionun iqtisadi inkişafına və gənclərin peşəkar həyatlarına töhfə verməyə davam edəcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi





