Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR - Martın 1-dən...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib.Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Rusiyanın benzin idxalına qadağa qoyması Azərbaycanda benzinin qiymətlərinə birbaşa təsir göstərməməlidir:
"Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Nəzərə alsaq ki, premium markalı benzində mənbələr tapmaq və idxalı əvəzləmək mümkündür, bunu ciddi bir problem yaratama ehtimalı azdır. Çünki praktiki olaraq region ölkələrində premium markalı benzin istehsalı həyata keçirilir. Bu da Azərbaycana imkan verir ki, daha qısa zamanda, bir ölkədə idxalla bağlı qadağa müəyyənləşirsə, digər ölkədən həmin benzinin idxalını həyata keçirə bilsin. Buna görə də bu, Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı hər hansı bir iqtisadi zəmin yaratmamalıdır".
Deputat qeyd edib ki, sahibkarlar tərəfindən bundan istifadə edilərək süni qiymət artımına gedilməsi heç bir halda arzuolunan deyil.
Onun sözlərinə görə, Dövlət Neft Fondu qısa zamanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalını reallaşdırmalıdır, çünki Azərbaycan neft ölkəsidir və Azərbaycanda premium markalı benzinin istehsalı vacibdir:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb





