İqtisadiyyat

Neft ucuzlaşır, manatı nə gözləyir? - AÇIQLAMA

22 Noyabr 2023 12:04
Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir. Sentyabrdan sonra neftin qiymətində 16% azalama qeydə alınıb. Neftin dünya bazar qiyməti Azərbaycanın dövlət gəlirləri baxımdan vacibdir. 

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda Azərbaycan ixracatının 80%-ə yaxınını neft məhsulları təşkil edir. Bu kontekstdən neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir:

"Noyabrın 26-da "OPEC+" alyansının iclasının keçiriləcəyi gözlənilir. Tədbirdə hasilata yenidən baxılması və artırılmasının mümkünlüyü ilə bağlı yayılan xəbərlər enerji bazarına təsir göstərməkdədir. Bu isə investorların qərarlarına və neftin qiymətinə təsirsiz ötüşmür.

Hazırda Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Neft Fondu mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir. Bununla yanaşı, neftin qiyməti valyuta bazarına həm iqtisadi, həm də psixoloji təsir göstərir".

"Brent" markalı neftin mövcud qiyməti valyuta bazarındakı tarazlıq üçün hələlik təhdid yaratmasa da, növbəti dövrdə "qara qızıl"ın dəyərinin necə dəyişməsi müəyyən təsirlərə malik ola bilər.  Amma Azərbaycanda hələ ki üzən məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə millət vəkili əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.