İqtisadiyyat

SOCAR-ın prezidenti bp şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

21 Sentyabr 2023 09:08
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp şirkətinin İdarə Heyətinin sədri Helge Lund, şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və "Əsrin müqaviləsi"nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə bp-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan "Əsrin Müqaviləsi"nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Tərəflər enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.