İqtisadiyyat

Azərbaycanda bu şəxslərin maaşı üç dəfə artıb

17 İyul 2023 13:20
Baxış: 4 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əməkhaqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.

Milli.Az bildirir ki, bu barədə bu gün TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

"Qeyd edilən artım ölkə üzrə əhalinin orta aylıq əməkhaqqından 1.5 dəfə yüksəkdir. Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətdə 2-3 dəfədir. Bizim hədəfimiz bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır.",- deyə o əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.