İqtisadiyyat

Azərbaycan "OPEC+"un preventiv tədbirlərini hər zaman dəstəkləyir - Pərviz Şahbazov

4 İyun 2023 21:54
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan "OPEC+"un preventiv tədbirlərini hər zaman dəstəkləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində energetika naziri Pərviz Şahbazov bildirib.

"OPEC+" formatında qlobal neft bazarında tarazlığa və sabitliyə xidmət edən daha bir qərar qəbul etdik. Azərbaycan "OPEC+"un neft sektorunun inkişafına mənfi təsir göstərən riskləri minimallaşdıran preventiv tədbirlərini hər zaman dəstəkləyir.

Beləliklə, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilat səviyyəsi razılaşdırıldığı kimi 40,46 mb/gün səviyyəsində müəyyən ediləcək.

Azərbaycanın 2024-cü il ərzində xam neft hasilatını sutkada 551 min barrelə çatdıracağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.