İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

6 Aprel 2023 09:21
Baxış: 4 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Milli.Az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,36 ABŞ dolları və ya 0,41 % bahalaşaraq, 88,06 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində "Azeri Light" (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.