Mərkəzi Bank ilk dəfə dollar sata bilmədi - İqtisadçı açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankın yanvarın 24-də keçirilmiş valyuta hərracında banklar tərəfindən valyuta sifarişi verilməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmisi 1.5 milyon dollar olub. Bu, ilk belə haldır.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, 2023-cü il başlayandan bəri hərraclarda satışın azalması tendensiyası müşahidə olunur: "Yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar satılıb və nəhayət, sonuncu hərracda dollara tələbat olmayıb".
Samir Əliyev qeyd edib ki, ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb: "Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar idi. Ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların dolları alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olur.
Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1.7 AZN olduğu halda 9 bankın alış məzənnəsi 1.6990 AZN, 5 bankın alış məzənəsi 1.6980 AZN, 4 bankın alış məzənnəsi 1.6970 AZN-dir. 18 bankın alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır.
Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbı olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1.6990 AZN məzənnəsi ilə dollar almağa üstünlük verirdi.
Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki əksinə olmalıdır.
Səbəb nə ola bilər: Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu yoxsa ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı? Bəlkə başqa səbəb?.."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)





