İqtisadiyyat

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

2 Dekabr 2022 13:27
Baxış: 6 302

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi Milli Məclisdə qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az 

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics