İqtisadiyyat

Unibank Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir

20 Sentyabr 2022 11:10
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Unibank noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir. Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir. Bu beynəlxalq tədbir "Paris 2024" XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata maraq çox böyükdür.

Unibank 2018-ci ildən bu yana Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edir. Bank Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza ataraq, 4 il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının əsas dəstəkçisi olub. Bu müddət ərzində Bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı kimi komandanın inkişafına dəstək verib. Bundan başqa Unibankparacüdo üzrə "IBSA JudoGrandPrixBaku 2021" tədbirinin də əsas tərəfdaşlarından biri olub.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bankuğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-Sənin Bankın!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.