İqtisadiyyat

Bu ərazilərdə qaz olmayacaq

8 İyun 2022 18:50
Baxış: 2 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus "Göyçay-Ucar" yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, iyunun 9-da, saat 09:00-dan işlər başa çatanadək "Ucar" QPS-dən qidalanan "Ucar", "Lək" QPS-dən qidalanan "Lək 1-ci xətt", "Zərdab" QPS-dən qidalanan "Zərdab", magistral qaz kəmərindən qidalanan "Ucar Pambıq emalı zavodu" və "Zərdab asfalt beton zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.