İqtisadiyyat

OPEC ölkələri yeni baş katib seçəcəklər

2 Dekabr 2021 07:15
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanvarda keçiriləcək növbədənkənar iclasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər:

"Görüş başa çatdı. OPEK+ ölkələrdən ayrı olaraq yanvarda növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək".

Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.