Mədəniyyət

Dahi Nizaminin böyük yubileyinə Musiqili Teatrın hədiyyəsi

29 Noyabr 2021 14:07
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Musiqili Teatr daha bir təqdimata hazırlaşır.

Dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xoreoqrafik kompozisiya dekabrın 1-də saat 19:00-da teatrın kiçik səhnəsində nümayiş olunacaq.

Video-çarx formatında hazırlanan layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu baletmeysteri Xalq artisti Təranə Muradova, operatorları Kamal Məmmədov, Murad Həsənov və montajçısı Fuad Təhməzovdur.

Layihənin xoreoqrafı, teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev eyni zamanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin obrazını yaradıb. SSRİ Xalq artisi Müslüm Maqomayevin ifasında Uzeyir Hacibəylinin "Sənsiz" romansının sədaları altında qurulan kompozisiyada teatrın aktyorları və balet truppasının üzvləri də iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.