5-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
3-7 Noyabr 2021-ci il tarixində Bakıda 5-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
Əsası 2017-ci ildə qoyulan festival, ölkəmizdə dünyanın hər yerindən sənədli filmlərin nümayişini təqdim etmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli film festivalıdır.
Festival eyni zamanda yeni simalar tapmaq və yerli sənədli film rejissorlarını dəstəkləmək niyyətindədir.
Builki festivalın əsas mövzusu "Duyğular ±" dır. Təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunmuşdur. Festivalın proqramı 200-dən çox təqdimat arasından seçilmiş 50 filmdən ibarətdir. Finalçılar 30 ölkəni təmsil edir. Bundan əlavə, Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaq və mərhum azərbaycanlı senarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr olunacaq.
DokuBaku festivalı Ən Yaxşı Uzunmetrajlı, Ən Yaxşı Qısametrajlı və Ən Yaxşı
Azərbaycan Sənədli Filmi adlı nominasiyaları açıqlayıb. Bunlardan əlavə, pandemiya zamanı həyatla bağlı yarışmadan kənar filmlərin nümayişi də həyata keçiriləcək.
Seçim komitəsinin festivalın tamaşaçılarına və münsiflər heyətinə təqdim ediləcək bütün filmləri qiymətləndirməsi üç ay vaxt aparıb. Münsiflər heyəti festival boyunca namizədləri qiymətləndirəcək. Jüri heyətinə Vitaly Mansky və Kristian Feigelson kimi tanınmış sənədli film rejissorları və mütəxəssislər daxildir. Dəvət olunmuş qonaqlar arasında mükafat laureatları və Azərbaycan sənədli film sənətinin elitasının nümayəndələri var.
Hər kateqoriyada qaliblər diplom və əldə hazırlanmış iHuman heykəli ilə təltif olunacaqlar.
Həmçinin festivalın iki xüsusi mükafatı və önəmli xidmətlərinə görə Azərbaycan
kinematoqrafiyasının görkəmli nümayəndələrinə təqdim olunacaq iCyborg mükafatı var.
Festivalın direktoru İmam Həsənovun sözlərinə görə, builki festival Azərbaycanda son illərdə keçirilən ən böyük miqyaslı festival olacaq. "Bu il bir insanın hissləri kimi intim bir sahəyə toxunmaq qərarına gəldik. Bu gün insan təbiətini filmlərlə kəşf edirik və buna görə də bu festivalı keçiririk. İnanıram ki, DokuBaku festivalı tezliklə bütün sənədli film həvəskarları üçün əlamətdar bir hadisəyə çevriləcək və tez zamanda insanlar bizim haqqımızda nəinki ölkə daxilində, hətta ölkə hüdudlarından kənarda da danışacaqlar" - deyə İmam Həsənov bildirib.
Azərbaycan dilində altyazılı filmlər Bakının müxtəlif mədəniyyət məkanlarında nümayiş olunacaq. Festival proqramına musiqi və teatr tamaşaları, mühazirələr və müzakirələr də daxildir.
Biletləri iticket.az saytında əldə etmək olar. Tam proqram www.dokubaku.az saytında mövcuddur.
Facebook: IDFFDokuBaku
İnstagram: @idffdokubaku
Nümayiş məkanları: YARAT Müasir İncəsənət Mərkəzi, Cine House, Kapellhaus, Nizami Kino Mərkəzi, Daş Salnamə Muzeyi.
Bu il festival Goethe İnstitut, Free Art və Barza Art Bureau dəstəyi ilə təşkil
olunub. Festivalın tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Colibri Arts, Institut Français d'Azerbaïdjan və YARAT Müasir İncəsənət məkanıdır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az
DİGƏR XƏBƏRLƏR
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu





