"ICESCO ekspertləri azad edilən ərazilərə araşdırma səfərinin təşkilinə hazırdır" - Baş direktor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik ilə onlayn görüş keçirib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüş zamanı tərəflər bir sıra məsələlər barəsində fikir mübadiləsi apardılar. Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya və islam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verdi. O qeyd etdi ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmış, xüsusilə islam irsinə aid olan abidələr və məscidlər təhqir edilmişdir. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirdi.
Dr. Salim bin Məhəmməd Əl-Malik Azərbaycan xalqını bu tarixi qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirdi və eyni zamanda və bu sahədə əməkdaşlığa dair birgə İş Planının hazırlanmasının tərəfdarı olduğunu qeyd etdi. ICESCO ekspertlərinin sözügedən ərazilərə araşdırma səfərinin təşkilinə də hazır olduğu baş direktor tərəfindən ifadə olundu.
A.Kərimov Azərbaycan və ICESCO arasında artıq uzun illərdir davam edən əməkdaşlığın önəmindən bəhs etdi və bu iş birliyinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Anar Kərimov qeyd etdi ki, hazırda Azərbaycan qarşı bəzi media orqanları və təşkilatlar tərəfindən qərəzli və qarayaxma kampaniyasının aparıldığını və buna qarşılıq olaraq ICESCO kimi beynəlxalq təşkilatın Azərbaycanın haqlı mövqeyinin dəstəkləməsində daha fəal olmasının arzu olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq ICESCO-nun bu günə qədər həyata keçirdiyi bütün layihələrə dəstək vermiş və bundan sonra da bu dəstəyi əsigəməyəcəkdir.
Görüşdə mədəni irsin qorunması, yaradıcı sənayelərin inkişafı, "Bakı Prosesi" təşəbbüsünün daha da inkişaf etdirilməsi, İCESCO baş direktorunun Azərbaycana səfəri və digər məsələlər ətrafında müzakirələr aparıldı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib





