Milli.Az xəbər portalı "Həzrəti Yusif" rolunun ifaçısı Mustafa Zamaninin "Simsar" jurnalına müsahibəsini təqdim edir:
- 29 yaşım var. Şimali İranda doğulmuşam. Ailədə 4 uşağıq. Subayam.
- "Həzrəti Yusif" filminə qədər Mustafa Zamani kim idi?
- Texnoloji menecer idim. 7 ildir, aktyor kimi fəaliyyət göstərirəm.
- Necə oldu ki, aktyor oldunuz?
- "Həzrəti Yusif" filminin aktyor seçiminə şəklim təqdim olundu. Filmin rejissoru Fərəcullah Sələhşur məni seçdi.
- Əvvəldən də aktyor olmaq arzunuz vardı?
- Bəli, aktyor olmağa çox böyük həvəsim vardı. Allah elə gətirdi ki, "Həzrəti Yusif" rolu mənim qismətimə yazıldı.
- Bu obrazı canlandırdıqdan sonra Sizdə hansısa dəyişikliklər oldumu?
- Təbii ki, yaxşılığa doğru çox dəyişikliklər oldu. Film 3 il müddətinə çəkildi. Təbiətən mənəvi təsir qoydu məndə. O şəxsiyyəti canlandırmaq böyük məsuliyyətdir. Çəkildiyim hər anın öz hissi var.
- Başqa hansı peyğəmbərin obrazını canlandırmaq istəyərdiniz?
- "Həzrəti Yusif"-dən sonra Rəsulallahı canlandırmaq istərdim, amma bəşər onu təsvir edəcək gücdə deyil.
- Arzusunda olduğunuz başqa rol varmı?
- Salman Farsi və İran hökmdarı II Kiri canlandırmaq arzusundayam. Təbii ki, mükəmməl və dəqiq ssenari ilə.
- "Həzrəti Yusif" serialına görə saçlarınızı uzatdığınızı eşitdik...
- Bəli, saçlarımı 8 aya uzatdım. Nəinki saçlarım, saqqal da özümündür.
"Hollivudla aramızda çox məsafə var"
- Filmdə sizin üçün ən yadda qalan səhnə hansı oldu?
- Yusifin neçə illərdən sonra atasını gördüyü səhnə. Arzulara çatmaq çox gözəldir. Uzun imtahandan sonra isə bu, daha da şirinləşir.
- İstənilən aktyor Hollivud səviyyəsinə qalxıb, "Oskar" almaq arzusunda olur. Yəqin sizin də belə bir istəyiniz var...
- Təbii, bu danılmazdır. Hər aktyor kimi, mən də Hollivuda düşmək istəyirəm. Amma bizim Hollivudla aramızda çox məsafə var.
- Hansı aktyoru bəyənirsiniz?
- Dom De Luis və Leonardo di Kaprionu.
- Ailə qurmağı düşünmürsünüz?
- Kor-koranə ailə qurmaq istəmirəm. Gərək sevəm, sonra.
"Bizim işimizdə sevmək çətindir"
- 29 yaşınız var, nə əcəb bu vaxta qədər sevməmisiniz?
- Bizim işimizdə sevmək çətindir.
- Eşitdiyimizə görə ümumiyyətlə, İranda evlənmək çox çətindir. Çünki mehriyyə, (bizlərdə buna başlıq parası deyirlər) çox tələb olunur. Bəlkə mehriyyəni toplaya bilməmisiniz?
- (gülür) Xeyr, mən aktyoram, mənə hörmət edərlər yəqin. Niyə məni evləndirmək istəyirsiniz, hələ cavanam, evlənmək üçün tezdir, 10 il vaxtım var hələ.
- Aktyorluqdan qazandığınız məvacib sizi qane edir?
- Bəli. Normaldır.
- 7 il əvvəl Mustafa Zamanini heç kəs tanımırdı. Ancaq indi sizi bütün türk dünyası, müsəlman ölkələri tanıyır. Ulduzluq xəstəliyinə tutulmamısınız?
- Təbii ki, şöhrətin fəsadları var. Az da olsa ulduzluq xəstəliyim var. Ancaq düşünürəm ki, məşhur insanda bir az təkəbbür olmalıdır. Çox sadə olanda bəzi insanlar bundan sui-istifadə etməyə çalışır. Ümumiyyətlə, pis adamlardan uzaq gəzməyə çalışıram.
- Sizin üçün pis adamlar kimdir?
- Mənim nəzərimdə pis adam odur ki, qəlbində Allaha, insanlara, işə eşqi olmaya. Tanrıya etiqadı olmayan, imansız adamlar pis adamlardır.
- Hazırda hansı filmə çəkilirsiniz?
- Bu çəkildiyim filmdə mən oğru oğlan obrazını canlandırıram. Hazırda sizinlə həmin obrazın geyimində, qrimində söhbət edirəm. Ssenariyə görə filmdəki bir qıza görə oğurluq eləmək məcburuyyətində qalıram. Oğurluq etsəm də pis adam deyiləm filmdə.
- Bəs həyatda qıza görə oğurluq edərsiniz?
- Xeyr, heç vaxt.
- Azərbaycanda sizi çox sevirlər, hətta sizə "Həzrəti Yusif" deyirlər. Azərbaycana gəlməyi düşünürsünüz?
- Azərbaycan səfirliyindən bir neçə dəfə dəvət almışam. Ancaq işlərimin yoğunluğundan Tehrandan çıxmaq imkanım yoxdur. Gəlməyi düşünürəm. Hazırda iki filmə çəkilirəm, onlardan sonra qismət olsa, gələcəyəm. Azərbaycana gələndə eyni zamanda hansısa bir iş də görmək istəyirəm.
"Alim Qasımov gözəl xanəndədir"
- Azərbaycan filmlərini, aktyorlarını tanıyırsınız?
- Xeyr, tanımıram.
- Bayaq "Simsar" jurnalına baxanda Alim Qasımovun şəklini görüb onu tanıdığınızı söylədiniz...
- Şəxsən tanımıram, ancaq bilirəm ki, Alim Qasımov gözəl xanəndədir.
- Qarabağ haqqında eşitmisiniz?
- Xeyr.
- Maraqlıdır, 30 milyona yaxın azərbaycanlının yaşadığı bir ölkədə, əhali arasında ikinci danışıq dili sayılan Azərbaycan dilini hələ öyrənə bilməmisiniz?
- Xeyr, heç vaxt istifadə etməmişəm. Amma düz deyirsiniz, iradınız haqlıdır, bu günə qədər bilməli idim. Öyrənməyə çalışacağam.
- Mustafa Zamaninin Azərbaycana sözü var?
- Azərbaycanlılar çox mehriban olurlar, internetdə də onlardan xüsusi ehtiram, sevgi ilə qarşılaşıram. Sizlərin yanında insan özünü qərib hiss etməz. Bütün azərbaycanlılara salamlarımı çatdırın. Mən onları çox istəyirəm. Azərbaycanda filmə çəkilmək arzusu və ümidi ilə Allaha əmanət olun!
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Həzrəti Yusif"dən ŞOK etiraf: "RəsulAllahı canlandırmaq istərdim, amma..." - FOTO
21 Dekabr 2011 17:24
42 Şərh
Baxış: 31 584

DİGƏR XƏBƏRLƏR
-
"Nənələr" qrupunun 89 yaşlı üzvü vəfat etdi - FOTO
-
Ramil Qasımovun rəhbərliyi ilə Bülbül Vokal Məktəbinin ilk buraxılışı keçirilib – FOTO
-
“Yaz və yay #2” konserti keçirəcək
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
XƏBƏR LENTİ
-
Milyarderlərin sərvəti artır, humanitar yardım azalır
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
"Ailələrin dağılma səbəbi budur"
-
Bu meyvə virusun düşmənidir, mədənin isə...
-
Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...
-
Bu dezodorant səssizcə sağlamlığı məhv edir
-
800 min dollara uçan avtomobillər - FOTOlar
-
İsti havalarda bu məhsulları yemək təhlükəlidir
-
Bunu bilsəniz, qulaq çöplərini atacaqsınız
-
İbrahim Borçalı izləyicilərini göz yaşlarına boğdu - FOTO
-
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır - XƏBƏRDARLIQ - VİDEO
-
Bakıda xanım sürücü qəribə qəza törətdi - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
-
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü - 50-dən çox azərbaycanlını isə... - yenilənib
-
Hakim oyun zamanı həbs edildi
-
Bakıda baş vermiş yanğında zərərçəkənlər danışdı - "Yoldaşım meyvə yuyurmuş..." - VİDEO
-
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
-
Mustafa Sandal məhkəməlik oldu
-
Azərbaycanlı aparıcı 25 ildən sonra ana olduğunu etiraf etdi - VİDEO
-
Daha bir təyyarə qəzaya uğradı - ölənlər var
-
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
-
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
-
Tolik ad günündə anası və qızı ilə… - VİDEO
-
82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - FOTO